EN

Ötən gün bank kartlarından oğurlanan pulun məbləği məlum oldu

BAKI, 17 may. TELEQRAF

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bank kartının üzərindəki CVV/CVC, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 16-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7200, 4840, 3995, 2000, 1000, 812, 152, 138, 84, 80 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışma aparılmamalıdır, dərhal bloklanmalıdır.

Chosen
0
49
teleqraf.com

10Sources