Bakı. Trend:
Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun 1-ciQvardiya Hərbi Hava Qüvvələri diviziyasının aviasiya alayına başçəkib.
Trend-in məlumatına görə, bu barədə Koreya Mərkəzi TeleqrafAgentliyi xəbər verib.
Məlumata əsasən, Kim Çen In Hərbi Hava Qüvvələri eskadrilyasınıntəlimlərinə rəhbərlik edib.
Qeyd edilib ki, təlimlərdə hava eskadrilyaları, zenit-raketbölmələri, radar və elektron döyüş bölmələrinin hava hücumundanmüdafiə tapşırıqlarını yerinə yetirmək üzrə bacarıqları məşqedilib. Təlimlərdə qanadlı raketlərin və kamikadze hücum pilotsuzuçan aparatlarının izlənməsi və məhv edilməsi, hücum pilotsuztəyyarələrinin elektron vasitələrlə zərərsizləşdirilməsi və məhvedilməsi məşq edilib. Həmçinin təlimlər zamanı yeni uzaqmənzilli vəsürüşən idarə olunan bombanın sınaqları keçirilib.