EN

Rusiyadan Starmerə: Kimin üçün qəbuledilməzdir?

Böyük Britaniyanın baş nazirinin Rusiyanın İstanbuldakı danışıqlarda mövqeyinin qəbuledilməz olduğu və cavab hazırlandığı barədə tələsik bəyanatı açıq şəkildə çaşqınlığa səbəb olub. Bu, kimin üçün qəbuledilməzdir? Biz Londonla danışıqlar aparmırıq.

Axar.az xəbər verir ki, bu sözlər Rusiyanın London səfirliyinin bəyanatında yer alıb.

Səfirlik bəyan edib ki, Britaniya hakimiyyəti Rusiyanı yeni sanksiyalarla hədələməklə Ukrayna üzrə danışıqlar prosesini pozmaq istəyir.

Qeyd edək ki, bu gün İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüş keçirilib.

Chosen
0
1
axar.az

10Sources