Azərbaycan millisinin "Nürnberq" ilə müqaviləyə qarşılıqlı xitam verən hücumçusu Mahir Emreli ilə Almaniyanın "Kayzerslautern" klubu maraqlanır.
"Ölkə.az" oxu.az-a istinadla xəbər verir ki, Emreli Almaniyada qalmağa davam etmək istəyir. Hazırda Emreli ilə Bundesliqa və Bundesliqadan-2-dən daha üç klub maraqlanır. Onlardan biri də "Kayzerslautern"dir. Lakin danışıqlar hələ çox irəli getməyib.
Qeyd edək ki, Mahir Emreli "Nürnberq" forması ilə son oyununa çıxmağa hazırlaşır.