EN

Dünyanın ən çox qazanan 10 idmançısı - SİYAHI

Cristiano Ronaldo 2025-ci ildə dünyanın ən çox qazanan idmançısı olub.

Valyuta.az xəbər verir ki, Cristiano Ronaldo 2025-ci ildə 275 milyon dollar gəlirlə dünyanın ən çox qazanan idmançısı seçilib.

Onun bu məbləğin 225 milyon dolları Səudiyyə Ərəbistanının “Əl-Nassr” klubundakı maaşdan, 50 milyon dolları isə reklam və digər fəaliyyətlərdən əldə olunub.

Bu, Ronaldonun ardıcıl üçüncü, ümumilikdə isə beşinci dəfə “Forbes”in siyahısında birinci yeri tutmasıdır. O, ikinci yerdəki Stephen Curry-ni 119 milyon dollar fərqlə qabaqlayıb. Curry bu il 156 milyon dollarla NBA tarixində gəlir rekordu qırıb.

2025-ci ildə dünyanın ən çox qazanan 10 idmançısının ümumi gəliri 1,4 milyard dolları keçib. Onların hər biri ən azı 100 milyon dollar qazanıb. Siyahıya Lionel Messi, LeBron James, Karim Benzema, Tyson Fury və Shohei Ohtani kimi adlar da daxildir.

“Forbes” qeyd edir ki, Ronaldonun qazancı aktiv idmançılar arasında tarixdə üçüncü ən yüksək illik gəlir olub. Onu yalnız “Floyd Mayweather” 2015 və 2018-ci illərdə keçə bilib. 

Qeyd edək ki, Ronaldonun “Əl-Nassr”la müqaviləsinin yayda başa çatacağı gözlənilir.

Sərvanə Rəmixanova

Chosen
0
10
valyuta.az

10Sources