"Valensiya" Vinisius Junior haqqında sənədli filmdən sonra "Netflix" barəsində şikayət etməyi düşünür.
Offsideplus.az xəbər verir ki, "yarasalar" bəzi görüntülərin manipulyasiya edildiyini düşünür. İspaniya klubu azarkeşlərin bir hissəsi tərəfindən səsləndirilən "tonto" (axmaq) sözünün ekranda "mono" (meymun) kimi subtitrlə verildiyini bildirir.
"Valensiya" klubunun fikrincə, bu, hadisələrin reallığını əks etdirməyən və onun imicinə ciddi xələl gətirən dəyişiklikdir.
Əlavə edək ki, Vinisius barədə "Netflix" şirkətinin hazırladığı sənədli film dünən yayımlanıb.