EN

Ərdoğan Albaniyada Avropa liderləri ilə ikitərəfli görüşlər keçirir

BAKI, TurkicWorld

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Siyasi Birliyi Zirvə toplantısında iştirak etmək üçün Albaniyaya səfər edib.

TurkicWorld xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Tiranada keçirilən və 47 ölkə liderinin qatıldığı sammitdə ikitərəfli görüşlər keçirəcək.

Zirvə toplantısında Avropa İttifaqı və yaxın region ölkələri bir araya gələcək, qlobal və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna danışıqları və Qəzzada humanitar vəziyyət müzakirə olunacaq.

Sammitdə Avropa Şurası, Avropa Komissiyası və Avropa Parlamentinin prezidentləri də iştirak edir. Ərdoğanın təmasları çərçivəsində üç dəyirmi masa görüşü təşkil olunacaq, əsas mövzular arasında Avropa təhlükəsizliyi, demokratiyanın müdafiəsi və qarşılıqlı əməkdaşlıq məsələləri yer alır.

Qeyd edək ki, bu zirvə Avropa və qonşu ölkələrin əməkdaşlığını gücləndirmək məqsədi ilə altıncı dəfə təşkil olunur.

Chosen
0
18
turkic.world

10Sources