EN

Merz Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbul edildiyini açıqlayıb

Almaniya kansleri Fridrix Merz Aİ-nin Rusiyaya qarşı yeni, 17-ci sanksiyalar paketinin çərşənbə axşamı qəbul ediləcəyini bildirib...

Poliqon xəbər verir ki, Merz bu barədə X sosial şəbəkəsində yazıb.

"Yeni sanksiyalar paketi hazırdır. Biz onu çərşənbə axşamı Brüsseldə qəbul edəcəyik", - o, deyib.

Merz həmçinin bildirib ki, Rusiya və Ukrayna arasında danışıqlar üçün İstanbula gəlməkdən imtina etməklə Rusiya lideri Vladimir Putin özünü pis vəziyyətə salıb.

"Prezident Zelenskinin onsuz da İstanbula getməsi çox böyük güzəştdir. Putin gəlmədi - o, özünü əlverişsiz vəziyyətə saldı", Merz əlavə edib.

Poliqon.info 

 

Chosen
0
2
poliqon.info

6Sources