EN

Gəncədə minik avtomobili evə çırpıldı - FOTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hərəkətdə olan "Opel" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı evə çırpılıb. Nəticədə 1998-ci il təvəllüdlü Səxavət Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Qəza zamanı avtomobilə və evə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

 

Chosen
0
5
avtosfer.az

10Sources