Bakıda maşın piyadanı vurub.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə ötən gün baş verib.
Belə ki, 2004-cü il təvəllüdlü Əhmədov Elvin Qabil oğlu idarə etdiyi "Mercedes Benz C Klass" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1988-ci il təvəllüdlü Hasılov Pərvin Mirzə oğlunu vurub.
P.Hasılov Sabunçu Tibb Mərkəzi PHŞ-nə çatdırılsa da, göstərilən tibbi yardımlara baxmayaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Murad İbrahimli