EN

"Barselona" 2024/2025 mövsümü üçün İspaniya çempionudur

..."Barselona" yarışın 36-cı turunda "Espanyol"a qalib gələrək (2:0) 2024/2025 mövsümü üçün İspaniya çempionu olub.

SİA xəbər verir ki, mavi qranatlar La Liqada 36 matçdan sonra 85 xalı var və iki tur qalmış ən yaxın izləyicisi “Real Madrid”i 7 xal qabaqlayır.

Eyni zamanda, “qaymaqlılar” La Liqada da 36 oyun keçirib. Beləliklə, Karlo Ançelottinin komandasının "Barselona"nı ötmək üçün heç bir riyazi şansı yoxdur.

İspaniya çempionatının qalan turlarında “mavi qranatlar” “Vilyarreal” (18 may) və “Atletik Bilbao” (25 may) klubları ilə qarşılaşacaq.

Nazlı Almuradova

Chosen
0
50
sia.az

10Sources