EN

Putin Rusiya Quru Qoşunlarının baş komandanını vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin Rusiya Quru Qoşunlarının baş komandanı Oleq Salyukovu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini təyin edib.

NOCOMMENT.az xəbər verir ki, müvafiq fərman hüquqi aktların rəsmi nəşrinin saytında yerləşdirilib.

“Oleq Leonidoviç Salyukov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini təyin edilsin, o, hazırkı vəzifəsindən azad edilsin”, – sənəddə deyilir.

Salyukov 2014-cü ildən Quru Qoşunlarının baş komandanıdır. Bütün bu illər ərzində o, 2025-ci il mayın 9-da baş tutan Qələbə paradları da daxil olmaqla, Moskvanın Qızıl Meydanında keçirilən Qələbə Paradlarına komandanlıq edib.

Chosen
0
6
nocomment.az

10Sources