EN

Məhkəmədə Ermənistan ordusunun Azərbaycan ərazilərini işğal etməsi, mülki əhalini qətlə yetirməsi faktları ilə bağlı ifadələr dinlənilib (FOTO)

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 15-də davametdirilib.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habeləonların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Sonra David Babayanın vəkili məhkəməyə müraciət edərək xəstəliyiilə əlaqədar davamlı müalicə aldığını, buna görə də əvəzlənməsinixahiş edib.

David Babayan müdafiəçisinin dəyişməsinə etirazının olmadığınıbildirib.

Daha sonra məhkəmə zərərçəkmiş şəxslərin dindirilməsi ilə davametdirilib.

Zərərçəkmiş şəxs Sücaət Mədətova Füzuli şəhərinin 1992-ci ilmayın 16-da Ermənistan ordusu tərəfindən raket atəşinə tutulmasınəticəsində həyat yoldaşının şəhid olduğunu deyib.

O, dövlət ittihamçısı Vüsal Abdullayevin sualına cavabındabildirib ki, Ermənistan silahlı qüvvələri rayonu işğal edəndə dördtərəfdən mühasirəyə alıblar. Dinc sakinlərə qaçmağa belə imkanverilməyib, onlar müxtəlif tipli silahlarla atəşə tutulub, nəticədəçox sayda insan həlak olub.

Zərərçəkmiş digər şəxs Aqşin Ağazadə deyib ki, Ermənistanordusunun bölmələrinin 1992-ci il martın 16-da Hadrutistiqamətindən Füzuli rayonunun Hərbi Komissarlığını raketləvurmaları nəticəsində atası və qardaşı həyatlarını itiriblər.

O, 1993-cü ildə kəndləri işğal olunanda dayısının, həmçininkəndin 9 mülki sakininin də qətlə yetirildiyini deyib. Zərərçəkmişvurğulayıb ki, öldürülənlərin heç biri silahlı deyil, mülki şəxslərolub.

Zərərçəkmiş Rey Qasımov 1992-ci ilin yaz aylarından Ağdamşəhərinin Ermənistan ordusu tərəfindən atəşə tutulduğu söyləyərəkdeyib: "Bu atəş nəticəsində onlarla ağdamlı həlak oldu vəyaralandı. Mənim 70 yaşlı xalam da həmin atəş nəticəsində xəsarətaldı və sonradan dünyasını dəyişdi".

Zərərçəkən ifadəsində vurğulayıb ki, Ağdamdan məcburənevlərindən çıxanda onlara heç bir əşyalarını götürməyə imkanverməyiblər.

O, Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrəidarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabda bildirib ki,ermənilərin Ağdama ərazi iddiası 1988-ci ildə Xankəndidəkimitinqlərdən sonra başlayıb.

Digər zərərçəkmiş Kərim Novruzov qeyd edib ki, Ermənistanordusunun sonuncu irimiqyaslı hücumu 1992-ci il martın 12-də başverib. “Ermənilər Ağdərə rayonunun beş kəndinə, o cümlədən bizimBaş Güneypəyə kəndinə hücum etdilər. Onlar kəndi mühasirəyə alıb,tanklardan və ağır artilleriyadan atəş açırdılar. Kifayət qədərhərbi qüvvələri var idi, avtomatlar, pulemyotlar, snaypertüfəngləri ilə silahlanmışdılar. Atam 1992-ci il martın 12-də dincsakinləri qətliamdan xilas edərkən həlak oldu. Atamdan əlavə,qardaşım, iki əmim və digər qohumlarım və uşaqlıq dostum həmin vaxtqətlə yetirildi. Hazırda da onların nəşlərinin harada olduğu məlumdeyil”, - deyə K.Novruzov əlavə edib.

O, Baş Prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualınacavabında deyib ki, həmin hücum zamanı atası Əvəz Novruzov, qardaşıZiya Novruzov, əmiləri İsa Novruzov, Əsəddin Novruzov və ŞəmsəddinNovruzov, nənəsi Səkinə Novuzova və digər kənd sakinləri,ümumilikdə 17 mülki azərbaycanlı qətlə yetirilib.

Zərərçəkən Bəxtiyar Ələsgərov məhkəməyə ifadə verib ki,Ermənistan silahlı qüvvələri 1992-ci il martın 12-də onlarınyaşadıqları Ağdərənin Baş Güneypəyə kəndinə dörd tərəfdən hücumetib. Həmin vaxt onun 17 yaşı olub, hadisə zamanı ayağından vəçiynindən yaralanıb. Hücum vaxtı günahsız insanlara atəş açılıb,onlar qətlə yetirilib.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin sualına cavabında B.Ələsgərov söyləyib ki, Ermənistanhərbçiləri hadisə zamanı onun babası Balay Qəribovu, nənəsi Sarayİsmayılovanı, anası Zabilə Ələsgərovanı, bacısı Nərgiz Ələsgərovanıvə xalası Ramilə Ələsgərovanı öldürüblər. Onların cəsədlərinin yeriindiyədək məlum deyil.

Zərərçəkmiş Elşad Aslanov Ermənistan ordusunun 1992-ci il martın16-da Ağdərə rayonunun 5 kəndi mühasirəyə aldığını vurğulayıb.Bildirib ki, erməni hərbçiləri onun atasını, dayılarını və digərmülki sakinləri qətlə yetiriblər.

Zərərçəkən Kənan Bayramov isə deyib ki, Ermənistan silahlıqüvvələri 1992-ci ildən Azərbaycanın Tərtər rayonuna hücum edib.Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirilib ki,həmin hücumlarda iştirak edənlər arasında təqsirləndirilən ArayikHarutyunyanın qardaşı da olub. Bu müharibə zamanı Tərtər çoxluşəhid verib. Ermənistan ordusunun bölmələri həmin vaxt Tərtərəişğal altında saxladıqları Azərbaycanın ərazilərindən atəş açıblar.Zərərçəkən şəxs müharibə zamanı səhhətində ciddi problemləryarandığını deyib. Prosesdə ifadə verən zaman da zərərçəkəninvəziyyəti pisləşdiyi üçün həkim müayinəsinə ehtiyac duyulub.

K. Bayramov diqqətə çatdırıb ki, əsirlikdən qayıdanların birininbaşına "kislota" vurmuşdular, o, çox yaşamadı.

Zərərçəkən Vaqif Məhərrəmov Cəbrayılın işğalı zamanı zərərçəkdiyini qeyd edib. Deyib ki, Ermənistanın işğalçılıq siyasəti vətəcavüzkar müharibəsi nəticəsində rayonun çoxlu sayda sakini şəhidolub. Rayon sakinləri doğma yurdundan qovulub, onların əmlaklarıtalan olunub.

Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabınazərərçəkən deyib ki, Cəbrayıla hücum 1990-1991-ci illərdənbaşlayıb. Ermənistan tərəfi rayona müxtəlif tipli silahlar, ağırtexnika ilə hücum edib. Zərərçəkən şəxs təqsirləndirilən Davitİşxanyanın sualına cavabında qeyd edib ki, o, Cəbrayılda polisrəisi işləyib. Cəbrayıla hücum edənlər arasında xarici muzdlular daolub.

Digər zərərçəkmiş Elxan Mehdiyev 1992-ci ildə Ermənistanordusunun hücumu nəticəsində qardaşının Qubadlıda şəhid olduğunudeyib. Diqqətə çatdırıb ki, erməni hərbçilər Ermənistan sərhədindənrayonu atəş tuturdular. O, daha əvvəl atasının girov götürüldüyünü,altı aydan sonra isə nəşini aldıqlarını bildirib.

Zərərçəkmiş Osman Vəliyev qeyd edib ki, Zəngilanda baş verənlərmiqyasına görə Xocalı faciəsindən kiçik olsa da, dəhşətli idi.

O bildirib ki, Zəngilan rayonunun 11 kəndi Ermənistan ordusutərəfindən 1992-ci ilin dekabrında işğal olunub. İşğal zamanı dincsakinlərə işgəncələr verilib, çoxlu sayda insan həlak olub.

"1993-cü ildə Zəngilan, Qubadlı, Cəbrayıl və Arazqırağı ərazilərişğal olunduqdan sonra Zəngilan rayonunun Azərbaycanın digərəraziləri ilə əlaqəsi kəsildi",- deyə zərərçəkmiş vurğulayıb.

Zərərçəkmiş Sərxan Musayev Tərtərin Ermənistan ordusu tərəfindən1991-ci ildən artilleriya atəşinə tutulduğunu söyləyərək deyib:"Nəticədə dinc sakinlər arasında ölənlər və yaralanlar oldu, evlərəziyan dəydi".

Məhkəmədə ifadə verən zərərçəkmiş Mədəd Hümbətalıyev dəCəbrayılın işğalı zamanı zərər çəkdiyini deyib. O qeyd edib ki,rayona hücum müxtəlif tipli silahlar, o cümlədən ağır texnika iləhəyata keçirilib. Ermənistan Cəbrayılı o zaman işğal altındasaxladığı Hadrutdan hədəf alıb. O diqqətə çatdırıb ki, bu günməhkəmə əyləşən 15 şəxs milliyyətcə erməni olduqları üçün deyil,Azərbaycan xalqına qarşı ən ağır cinayətlər törətdikləri üçünmühakimə olunur. Onlar Cəbrayılı işğal edərkən rayon sakinlərinəzülm veriblər. Ərazilərimizi işğal altında saxladıqları vaxtqəbiristanlıqlarımızı dağıdaraq cəsədləri məzardan çıxarıb vətəhqir ediblər.

Zərərçəkən məhkəmədə ifadə verən zaman Ermənistan silahlıqüvvələrinin rayonlarımızı işğal edən zaman lentə alınan videonümayiş olunub. Zərərçəkən kadrları göstərək deyib ki, "buraQubadlı rayonunun ərazisidir. Ermənistan Ordusu Qubadlı işğalolunduqdan sonra həmin ərazidən Zəngilana hücum edib, onlarınkəndini yandırıb. Hərbçilər Dərzili kəndində qətlə yetirdikləriazərbaycanlıların meyitlərini yandırıblar. VideokadrlardaErmənistan ordusunun döyüşçüsü götürdükləri yüksəklikdən danışır.Bildirir ki, buradan da irəliləyib Zəngilana gedəcəklər. O,babalarının “vəsiyyətini” yerinə yetirdiklərini, məqsədlərinəçatdıqlarını deyir. Sonra isə daşnakların “Qalx daşnak Dro”mahnısını ifa edirlər.

Videoda üzərində "Daşnaksütyun partiyası" yazılmış bayraqnümayiş olunur. Zərərçəkən dövlət ittihamını müdafiə edənprokurorların sualına cavabında deyib ki, Ermənistan hərbçiləriazərbaycanlıların meyitlərinin üstünə benzin tökərək yandırıblar.O, ifadəsində söyləyib ki, Ermənistan ordusu 1993-cü oktyabrın 25-iDərzili kəndindən tanklarla Zəngilana hücuma keçib. Orada 7polisimiz qəhrəmancasına şəhid olub. Tank mərmisinin onunyaxınlığına düşməsi nəticəsində ağır yaralanıb və on yeddi qəlpəyarası alıb. Zərərçəkən növbəti kadrların Qubadlının Zilanlıkəndində lentə alındığını deyib. Bildirib ki, Ermənistan silahlıqüvvələri kəndlərimizi, o cümlədən onun yaşadığı Məmmədbəylini dəyandırıb. Qətlə yetirdikləri yeddi polisimizin nəşi indiyədktapılmayıb. Onların ailələrinin gözü hələ də yoldadır.

Məhkəmədə ifadə verən İlyas Şəmilov da Ermənistanın Tərtəriatəşə tutması nəticəsində zərər çəkdiyini vurğulayıb. Bildirib ki,həmin vaxt Tərtər mütəmadi olaraq atəşə məruz qalıb.

Digər zərərçəkmiş Ənvər Qafarov isə Cəbrayılın işğalı zamanızərər çəkdiyini deyib. Bildirib ki, Ermənistan ordusu Cəbrayılahücum edəndə mülki vətəndaşları hədəf alıb. Əsasən də əkin-biçinvaxtı sakinlərə hücum edilib.

Zərərçəkən Aslan Şahbazov da Qubadlının işğalından danışaraqsöyləyib ki, 1988-1989-cu illərdən rayon əhalisinə hücumlar edilib.Rayon müxtəlif tipli silahlarla atəşə tutulub. O, bu müharibəzamanı çoxsaylı qohumlarının şəhid olduğunu deyib.

Zərərçəkən Azad Musayev Zəngilanın, Azər Eminov isə Qubadlınınişğalı zamanı zərər çəkdiklərini qeyd ediblər. Onlar ifadələrindədiqqətə çatdırıblar ki, təqsirləndirilən şəxslər bütünlükdəbəşəriyyətə, insanlığa qarşı cinayət törədiblər.

Məhkəmədə ifadə verən Əlisəfa Quliyev də Zəngilanın işğalızamanı zərər çəkdiyini deyərək bildirib ki, həmin vaxt ermənihərbçilər dinc sakinlərə zülm veriblər., insanları güllələyib,başlarını kəsiblər. Məqsəd əhalini məhv etmək olub.

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verərkən, həmçinintəqsirləndirilən şəxslər tərəfindən onlara suallar ünvanlanıb.

Məhkəmə prosesi mayın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittihamedilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Məhkəmədə
Chosen
0
17
az.trend.az

10Sources