Polşa ordusuna 10 minə yaxın "Warmate" kamikadze PUA-sının tədarükü ilə bağlı müqavilə imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbəri Vladislav Kosiniyak-Kamış məlumat verib.
Müqavilə respublikanın silahlanma agentliyi ilə Polşanın "WB Electronics" istehsalçısı arasında bağlanıb.
Müdafiə nazirinin sözlərinə görə, "WB Electronics" Avropanın ən yaxşı PUA şirkətidir. Kosinyak-Kamış Ukrayna təcrübəsinə istinad edərək müasir hərbi münaqişələrdə PUA-ların inqilabi rolunu da vurğulayıb.
Çərçivə sazişinin 2035-ci ilin sonuna qədər davam edəcəyi və sonrakı razılaşmalar çərçivəsində ən son versiyalar da daxil olmaqla minə yaxın dron dəstinin çatdırılacağı bildirilir.