EN

Zelenski Rusiya nümayəndə heyətini saxtakar adlandırdı - VİDEO

Ukrayna prezidenti Volodimir Zelenski münaqişənin həlli ilə bağlı danışıqlar aparmaq üçün İstanbula gələn Rusiya nümayəndə heyətini "saxtakar" adlandırıb.

"Unikal" xəbər verir ki, o, bunu hava limanında jurnalistlərə açıqlamasında deyib. 

"Görək onların qərar qəbul etmək mandatı varmı!?", - Ukrayna lideri ifadə edib. 

Jurnalistlərlə söhbətində Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya Federasiyası ilə danışıqlarda iştirakla bağlı qərarını açıqlayacağını da təsdiqləyib. O, bu söhbətin bir neçə saat çəkə biləcəyini təxmin edir.

Bundan əlavə, Ukrayna lideri ABŞ nümayəndələri ilə yüksək səviyyəli görüşləri istisna etməyib.

Gülayə Mecid 

Chosen
0
15
unikal.az

10Sources