EN

“Mançester Yunayted”in hücumçusu İtaliya yolunda

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, 23 yaşlı futbolçunun transferində “İnter” maraqlıdır.

Zirkzenin Milan klubuna mümkün keçidi 35 milyon avro qiymətləndirilir. “Bolonya”nın sabiq forvardının hazırkı klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına kimidir.

Niderlandlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 32 oyuna çıxaraq, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

"Barsa"nın futbolçusu mövsümün qalan hissəsini buraxacaq

Mbappe "Real Madrid"in 71 illik rekordunu yeniləyib

İngiltərə millisinin üzvü “Monako”da - RƏSMİ

İtaliya Kuboku: “Bolonya” çempion - 51 il sonra

Rəcəb Tayyib Ərdoğan "Qalatasaray"ı təbrik edib - FOTO

Chosen
0
21
apasport.az

10Sources