EN

Azərbaycan Dünya Bankı ilə əməkdaşlıq edəcək

Azərbaycan

Azərbaycan Dünya Bankı ilə kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırıb.Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Facebook" hesabında paylaşım edib."Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşdük.Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibinə daxil olan qurumlarla birgə layihələrin həyata keçirilməsi, o cümlədən Orta Dəhlizin inkişafı və tranzit potensialının artırılması ilə bağlı əməkdaşlığı müzakirə etdik.Eyni zamanda kibertəhlükəsizlik və şəhər mobilliyi sahəsində birgə fəaliyyətlə bağlı müvafiq addımların atılmasını razılaşdırdıq", - paylaşımda qeyd olunub.✍️"Ulusum".az

Diqqət Çəkənlər

Saakaşviliyə Ukraynanın agenti statusu verildi

Madonna Met Galada Bütün Baxışları Üzərinə Cəmlədi - FOTO

Xaçmazda faciə: Avtomobil məktəblini vuraraq öldürüb

Chosen
0
23
ulusum.az

10Sources