Mayın 15-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.
Bizim.Media xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 10:30-da “CoinMarketCap” platformasında 1.11% ucuzlaşaraq 102 603 ABŞ dolları təşkil edib.
Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 3.38% azalaraq 2577 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 3.08%, BNB isə 2% ucuzlaşıb.
Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti ötən il dekabrın 16-da qeydə alınıb və qiyməti 108 min dolları ötüb.
Bizim.Media