Bakı. Trend:
Mayın 14-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10000,4100, 2000, 1945, 1000, 320, 300, 250, 180, 70, 49 manat pulvəsaitləri bank kartlarından oğurlanıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyinin vətəndaşlaramüraciətində bildirilib.
Müraciətdə bildirilib ki, bank kartının üzərindəki CVV/CVC, SMSvasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır:
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olanpullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərərvuracaqlar.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc,sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxilüzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyəedirik. Naməlum zənglərlə, mesajlarla danışıq, yazışmaaparılmamalıdır, dərhal bloklanmalıdır".