EN

“İlin gənc müəllimi - 2024”: ilk YÜZLÜK bu tarixdə AÇIQLANACAQ

Xəbər verdiyimiz kimi, AzEdu.az Təhsil Portalı və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi - 2024” müsabiqəsi üzrə seçilən “TOP-150” müəllimin siyahısı artıq ictimaiyyətə açıqlanıb.


Hazırda müsabiqənin II mərhələsi üzrə işlər davam edir. Növbəti mərhələyə vəsiqə qazanacaq 100 müəllimin siyahısı 19 may 2025-ci il tarixində elan ediləcək. 

 

Xatırladaq ki, II mərhələnin sonunda "TOP-50" müəllimin siyahısı ictimaiyyətə təqdim ediləcək. Sonuncu mərhələdə iştirak etmək üçün seçilən 50 müəllimin hər biri ilə onlayn formatda fərdi müsahibələr aparılacaq.

 

Qeyd edək ki, III mərhələdə isə yalnız 10 müəllim finala yüksələcək. Finalçıların qiymətləndirilməsi üç komponent üzrə aparılacaq:

 

- 10 bal müsahibəyə əsasən;
- 20 bal onlayn səsvermənin nəticələrinə görə,
- 70 bal isə nüfuzlu elm və təhsil xadimlərindən ibarət komissiyanın qiymətləndirməsinə əsasən veriləcək.


Qeyd edək ki, “İlin gənc müəllimi - 2024” layihəsi gənc müəllimlərin peşəkar fəaliyyətini təşviq etmək, onların uğurlarını geniş ictimaiyyətə tanıtmaq və təhsildə müsbət nümunələri önə çıxarmaq məqsədi daşıyır.

Chosen
0
1
azedu.az

2Sources