Bakıda və Abşeron yarımadasında mayın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mia.az xəbər verir ki, mayın 14-dən 15-nə keçən gecə və axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.