EN

Elmi-Tədqiqat Kardiologiya İnstitutu auditor seçib

Akademik Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 12,5 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 9 min manat ödənilib.

Chosen
0
12
report.az

10Sources