EN

Tramp Suriyaya qarşı sanksiyaları ləğv etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Tramp Suriyaya “şans vermək” məqsədilə bu ölkəyə qarşı tətbiq olunan sanksiyaları ləğv etməyi planlaşdırdığını bəyan edib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə Səudiyyə Ərəbistanında keçirilən investisiya forumunda çıxışı zamanı bildirib.

Söhbət sabiq prezident Bəşər Əsədin hakimiyyəti dövründə ABŞ-ın Suriyaya tətbiq etdiyi sanksiyalardan gedir.

Tramp ümidvar olduğunu bildirib ki, Suriyanın yeni hökuməti ölkənin sabitləşdirilməsi və sülhün qorunması sahəsində uğur qazanacaq.

Chosen
0
50
hurriyyet.az

10Sources