EN

Misirdə Mərkəzi Asiya və Qafqazdan olan tələbələr SAXLANILIR - VİDEO

Misirdə əcnəbi tələbələrin kütləvi şəkildə saxlanılması halları baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Podrobno.uz məlumat yayıb.

Məlumata görə, saxlanılanların əksəriyyəti Mərkəzi Asiya və Qafqaz ölkələrinin vətəndaşlarıdır.

Tələbələrin bütün lazımi sənədləri, o cümlədən viza, rəsmi qeydiyyat və tələbə bileti olmasına baxmayaraq, onlar heç bir ittiham irəli sürülmədən saxlanılır.
 

Hadisə şahidlərinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları yaşayış binalarına soxulur, telefon, noutbuk və digər şəxsi əşyaları müsadirə edirlər. Saxlanıldıqdan sonra tələbələr naməlum yerə aparılır və onlarla heç bir əlaqə mümkün olmur.


Baş verənlərin rəsmi səbəbləri hələ açıqlanmayıb. Diaspor nümayəndələri və tələbə icmaları ayıq-sayıq olmağı, zərurət olmadıqca çölə çıxmaqdan çəkinməyi, təhlükənin ilk əlamətlərində diplomatik nümayəndəliklərdən kömək istəməyi tövsiyə edirlər.

Bizim.Media

Chosen
0
2
bizim.media

10Sources