Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter dənizə məcburi eniş edib.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, "Denizkurdu-2/2025" təlimi çərçivəsində Antalya sahillərində uçuş fəaliyyəti həyata keçirən Hərbi Dəniz Qüvvələrimizə məxsus SH-70 helikopteri texniki nasazlıq səbəbindən dənizə təcili eniş edib. Helikopterdə vəzifə yerinə yetirən 4 nəfər şəxsi heyətin sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb.