EN

Tramp Səudiyyə Ərəbistanda

ABŞ prezidenti Donald Trampın prezident təyyarəsi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada eniş edib.

News24.az xəbər verir ki, ABŞ liderinin Ər-Riyada səfəri çərçivəsində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü planlaşdırılır.

Trampın gündəmində İranın nüvə proqramı, Qəzzada müharibənin dayandırılması və neftin qiymətinin aşağı salınması kimi məsələlər var.

Səudiyyə Ərəbistanı Kral Sarayında qonaq ediləcək Tramp ABŞ-Səudiyyə investisiya forumuna da qatılacaq.

Eyni zamanda, şərəfinə veriləcək dövlət şam yeməyinə qatılacaq Tramp daha sonra Yaxın Şərq turu çərçivəsində Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.

Onu da qeyd edək ki, ABŞ lideri də 8 il əvvəl ilk prezidentlik dövründə ilk xaricə marşrut kimi Səudiyyə Ərəbistanını seçmişdi.

Günel Məlikzadə

Chosen
0
50
news24.az

10Sources