EN

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı dəfn edildi - VİDEO

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli kəskin böyrək çatışmazlığından vəfat edib.

Paralel.az xəbər verir ki, o, dünən Bakıda dəfn edilib.

Dəfn mərasimində ictimaiyyət nümayəndələri, icra strukturlarının rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, şəhid anaları və qazilər iştirak ediblər.

Qeyd edək ki, şəhid Zaur Cəfərov 2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.

Şəhidimiz ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

Həmidə İbrahimova

Chosen
0
22
paralel.az

10Sources