EN

"İstəyirik ki, Tramp Türkiyədəki görüşdə bizimlə olsun" - Zelenski

ABŞ prezidenti Donald Trampın mayın 15-də Türkiyədə keçiriləcək Ukrayna-Rusiya görüşündə iştirak etməsi Ukrayna üçün vacibdir.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb. 

"Prezident Trampın bəyanatını indicə eşitdim, çox vacib sözlərdir. Trampın tam və qeyd-şərtsiz atəşkəs üçün səy göstərməsini dəstəkləyirəm, çünki bu, diplomatiya üçün əsas yaradacaq. Və biz bunu istəyirik, öz tərəfimizdən sükutu təmin etməyə hazırıq", - deyə Ukrayna lideri açıqlayıb. 

Dövlət başçısı əlavə edib ki, Türkiyədə keçiriləcək görüşə hazırdır və Rusiya tərəfinin görüşdən yayınmayacağına ümid edir: "Təbii ki, Ukraynada hamımız istərdik ki, prezident Tramp Türkiyədəki bu görüşdə bizimlə olsun. Bu, düzgün fikirdir. Biz çox şeyi dəyişə bilərik. Prezident Ərdoğan həqiqətən də ən yüksək səviyyədə görüş təşkil edə bilər. Kömək edən hər kəsə təşəkkür edirəm".

Ağarza Elçinoğlu 

Chosen
0
3
unikal.az

10Sources