EN

Gecikdirilmiş vəsait işçilərə ödənilib

Dövlət Əmək Müfəttişliyi Xidməti 2025-ci ilin yanvar–aprel ayları ərzində işəgötürənlərin sosial xarakterli 110 min manata yaxın vəsaiti işçilərə ödəmədiyini müəyyən edib.

Görülən tədbirlər nəticəsində işəgötürənlər həmin vəsaiti işçilərə ödəyib. Onun 88,9 faizi əməkhaqlarından, qalan hissəsi işəgötürənlərin ödəməli olduqları müavinət və kompensasiyalardan, zərərə görə ödənclərdən ibarət olub. Müraciətlərin araşdırılması zamanı müfəttişlik 30 işçinin əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib. Xidmətin qanunvericiliyə əsasən, gördüyü tədbirlər nəticəsində həmin işçilər əvvəlki işlərinə bərpa olunublar.

Zərifə BƏŞİRQIZI
XQ

 

Chosen
0
2
xalqqazeti.az

10Sources