EN

Azərbaycan çempionu üçün MÜHÜM HADİSƏ!

Xəbər verdiyimiz kimi, "Qarabağ" 2024/25 mövsümü Misli Premyer Liqasının qalibi adını təmin edən "Qarabağ"a "Kəpəz"lə 35-ci turun matçından sonra çempionluq kuboku və qızıl medallar təqdim olunacaq.

Sportinfo.az xəbər verir ki, artıq Peşəkar Futbol Liqası həmin görüşün vaxtını elan edib.

"Azərsun Arena"da keçiriləcək "Qarabağ" - "Kəpəz" oyunu mayın 18-də, saat 19:00-da başlanacaq.

Oyun bitdikdən sonra AFFA və PFL rəhbərliyi tərəfindən "Qarabağ"a çempionluq kuboku və qızıl medallar təqdim ediləcək.

"Kəpəz"lə matç həm də "Qarabağ"ın bu mövsümdəki sonuncu ev oyunu olacaq.

Chosen
0
17
sportinfo.az

10Sources