EN

Sabah 28 dərəcə isti olacaq...

Mayın 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək.

 

Senzor.az Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu gecə 14-16°, gündüz 21-26° isti olacaq. 

 

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % təşkil edəcək.

 

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-19°, gündüz 23-28°, dağlarda gecə 5-9°, gündüz 12-17° isti olacaq.

Chosen
0
49
senzor.az

10Sources