ABŞ və Çin qarşılıqlı ticarət tariflərini 90 gün müddətinə azaltmaq barədə razılığa gəliblər.
Finss.az xəbər verir ki, ABŞ Maliyyə Naziri Scott Bessent bildirib ki, Vaşinqton əksər Çin mallarına rüsumları 30%-ə endirəcək. Pekin Amerika mallarına rüsumları 10%-ə endirəcək.
Ağ Evin bəyanatında deyilir ki, dəyişikliklər mayın 14-dən qüvvəyə minəcək.
Hazırda ABŞ-ın Çin mallarına rüsumları 145%, Çinin Amerika mallarına tətbiq etdiyi rüsumlar isə 125% təşkil edir.