2025-ci ilin Qurban bayramına sayılı günlər qaldığından Türkiyədə milyonlarla təqaüdçü bu ilki bayram bonuslarının nə vaxt yatırılacağı və artımın olub-olmayacağı ilə maraqlanır.
Bakıvaxtı.az CNN Türk-ə istinadən xəbər verir ki, bu ödənişlər 6-9 iyun tarixləri arasında qeyd olunacaq bayrama qədər hesablara köçürüləcək.
SGK Baş Mütəxəssisi İsa Karakaş pensiya mükafatları ilə bağlı gözləntilərə aydınlıq gətirib.
O, Ramazan bayramında verilən 4000 TL-lik mükafatın Qurban bayramı üçün də keçərli olacağını bildirib. Karakaş qeyd edib ki, Ankarada kulisdən aldığı təəssüratlara əsasən, bu il artım gözlənilmir.