EN

Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb

Bakı. TurkicWorld:

Azərbaycanın Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü ilə bağlı müzakirələr aparılıb.

TurkicWorld xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman ilə Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığının gündəliyindəki məsələlərin müzakirəsi baxımından səmərəli görüş keçirdik.

Avropaya təbii qaz, yaşıl enerji və hidrogen tədarükü, bu kontekstdə mövcud və planlaşdırılan enerji dəhlizlərinin inkişafı, bu layihələrin enerji təhlükəsizliyində gələcək rolu, investisiya imkanları, eləcə də, Azərbaycan-Aİ enerji dialoqunun növbəti iclasına dair fikir mübadiləsi apardıq", - deyə paylaşımda qeyd edilib.

Chosen
0
3
turkic.world

4Sources