EN

Sevinc Sevil bacıları restoran açır – “Kim yeməklərimizi pisləsə, şəklini qoyacağıq, üstünə də qırmızı xətt...”

Müğənni Sevinc Sevil bacıları restoran açmağı planlaşdırırlar.

 

Pravda.az xəbər verir ki, “Afaqla 10-lar” verilişində bu barədə danışan müğənnilər əvvəlki bizneslərini itirdiklərini deyiblər.

 

“Biznes bizlik deyil. Hərtərfli müflis olduq. Yenidən qurmaq isəyirik. Restoran sistemini, yemək bişirməyi çox sevirik. Əl qabiliyyətimiz də yaxşıdır. Restoranımız olsa, təbii ki, menyuda bizdən xüsusi yeməklər olacaq. Butik restoran düşünürük. Kim yeməklərimizi pisləsə, ikinci dəfə qadağa olacaq. Şəklini qoyacağıq, üstünə də qırmızı xətt. Girməsin. Gəlib dava salsalar, özümüz onları döyərik, çırparıq. Mənim evimə gəlmisiniz, ağıllı olun...”, — bacılar bildiriblər.

 

Tomris

Tarix: 12 May 2025, 13:11   
Chosen
0
1
pravda.az

2Sources