
Polşa Respublikası Rusiyanın Krkovdakı Baş Konsulluğunu bağlamaq qərarın gəlib.
Reyting.az xəbər verir ki, bunu Polşanın Xarici işlər naziri Radoslav Sikorski “X” sosial media hesabında yazıb.
“Rusiya xüsusi xidmət orqanlarının “Maryvilska” ticarət mərkəzindəki təxribatına dair sübutlarla əlaqədar olaraq, mən, Rusiyanın Krakovdakı Baş Konsulluğunun fəaliyyəti ilə bağlı icazəmi geri götürmək qərarına gəldim”, - Sikorski bildirib.
Qeyd edək ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk ticarət mərkəzindəki yanğının Rusiya kəşfiyyat bölmələrinin fəaliyyəti nəticəsində baş verdiyini iddia edib.
ELÇİN