EN

Hindli müaşvir İranın XİN başçısını “donuz” adlandırıb

Hindistan milli müdafiə nazirinin baş müşaviri Qarav Aryan İranın xarici işlər naziri Abbas Əraqçini “donuz” adlandırıb.

Tribunainfo.az xəbər verir ki, o, bu fikirləri Hindistan televiziyasında yayımlanan proqramda dilə gətirib.

Aryan İranı Pakistana dəstək verməkdə ittiham edərək, Əraqçinin bir neçə gün əvvəl Pakistan rəsmiləri ilə görüşdüyünü qeyd edib. O, həmçinin İranın terrorun himayədar dövləti olduğunu deyib və İranın HƏMAS-ı maliyyələşdirdiyini vurğulayıb.

Bunun ardından İran Hindistanın bu ölkədəki səfirini XİN-ə dəvət edərək, izahat tələb edib.

Fərda Uğur

Chosen
0
tribunainfo.az

1Sources