EN

Məhkəmə ilk dəfə cinayət işləri üzrə mediasiya yolu ilə barışıq sazişi əsasında şəxsi çəkilməmiş cəzadan azad etdi

Bakı. Trend:

Səbail Rayon Məhkəməsində məhkumun azadlığın məhdudlaşdırılmasıcəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunması iləəlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı ŞəhərProbasiya İdarəsinin təqdimatına baxılıb.

Trend xəbərverir ki, işin hallarına görə, şəxs Azərbaycan Respublikası CinayətMəcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsiilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 7 aymüddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Hakim Azər Tağıyevin sədrliyi ilə təqdimata baxılarkən məlumolub ki, 22 aprel 2025-ci il tarixdə məhkumla zərərçəkmiş arasındaMediasiya Şurasının təşkilatında iştirakı ilə barışıq sazişibağlanıb. Bundan sonra zərərçəkmiş şəxs notarial qaydada təsdiqedilmiş ərizə ilə müraciət edərək, məhkumla barışdığını və cinayətnəticəsində ona dəymiş ziyanın tam olaraq ödənildiyini göstərib.Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası CinayətProsesual Məcəlləsinin 80-1 maddəsinə əsasən məhkum edilmiş şəxscəza çəkdiyi dövrdə zərərçəkmiş şəxslə barışmaqla, cinayətnəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamiləödəməklə bağlı cəza çəkməkdən azad edilir.

Məhkəmə məhkumla zərərçəkmiş şəxs arasında ailə münasibətlərizəminində yaranmış mübahisənin mediatorun vasitəçiliyi ilə barışıqsazişi bağlandığını və zərərçəkmiş şəxsə dəymiş ziyanın tamödənilməsini nəzərə alaraq məhkumun azadlığın məhdudlaşdırılmasıcəzasının çəkilməmiş hissəsindən vaxtında əvvəl azad olunmasınadair qərar qəbul edib.

Məqalədə:
Chosen
0
22
az.trend.az

10Sources