Bakı. Trend:
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilinyanvar-aprel ayları ərzində 14 hərrac keçirilib.
Dövlət xidmətindən Trend-ə verilən məlumata görə, hərraclarda 4 səhmdarcəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyatvasitəsi özəlləşdirilib.
Bildirilib ki, bu ilin ilk 4 ayı ərzində hərraca çıxarılmışdövlət əmlakı üzrə 123 elektron sifariş qəbul edilib, hərraclardaiştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatıvasitəsilə 18 onlayn qoşulma reallaşıb.
Vurğulanıb ki, cari ilin yanvar-aprel ayları ərzindəözəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 51,6 milyon manattəşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8%çoxdur.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin ilk 4 ayıərzində 190-ı qeyri-yaşayış, 1.254-ü isə torpaq sahələri üzrəolmaqla 1.444 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrüərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaqsahələrinin) icarəsindən dövlət büdcəsinə 14,8 milyon manatvəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü iləmüqayisədə 19% artım qeydə alınıb.
Beləliklə, 2025-ci ilin yanvar-aprel ayları ərzində dövlətəmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə66,4 milyon manat vəsait daxil olub. Bu ötən ilin eyni dövrü iləmüqayisədə 40,2% çoxdur.