EN

Dövlət büdcəsinə vergi daxilolmaları artıb - 4 AYDA 7 MİLYARD MANATA YAXIN VERGİLƏR YIĞILIB

2025-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 6 milyard 923,5 milyon manata yaxın vergi daxil olub.

Xidmətin yaydığı məlumatda bildirilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 266,1 milyon manat və ya 4 faiz artıb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar 4 milyard 948,0 milyon manatdan çox təşkil edib. 2024-cü ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 425,4 milyon manat və ya 9,4 faiz çox olub. 

Ödənilən vergilərin 71,5 faizi qeyri-neft-qaz sektorunun, 28,5 faizi isə neft-qaz sektorunun payına düşüb.

Chosen
0
12
marja.az

10Sources