Onun sözlərinə görə, Böyük Britaniya faktiki olaraq hərbi baxımdan Avropaya qayıdır.
"Avropa İttifaqının tədricən 'Avropa NATO-su'na çevrilməsi üçün zəmin yaradılır. London və Brüssel arasında hərbi əməkdaşlıq anti-Rusiya istiqamətində inkişaf edir: gələcək sazişdə iddia olunur ki, Avropa 'indiyə qədər Rusiyadan gələn ən böyük təhlükə' ilə qarşı-qarşıyadır", - deyə senator Telegram kanalında yazıb.
Puşkov əlavə edib ki, Avropa liberal diktaturasının artıq hərbi komponenti də formalaşır.
Qeyd edək ki, daha əvvəl The Times nəşri xəbər vermişdi ki, gələn həftə Avropa İttifaqı və Böyük Britaniya müdafiə və təhlükəsizlik məsələlərinə həsr olunmuş birgə pakt təqdim etməyi planlaşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31