EN

Azərbaycan Latviya ilə kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılmasını müzakirə edib (FOTO)

Bakı. Trend:

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Latviya RespublikasınınAzərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya iləgörüşüb.

Trend bubarədə Nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, nazir Azərbaycanda aqrar sektora dövlət dəstəyibarədə ətraflı məlumat verib.

Nazir qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə əməkdaşlıqdinamik inkişaf edir. Azərbaycan Latviya ilə iqtisadi və ticariəlaqələrin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüsləri tamdəstəkləyir. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin,eləcə də böyük tranzit potensialının olduğunu xatırladan MəcnunMəmmədov əlavə edib ki, latviyalı sahibkarlar Azərbaycanıninvestisiya imkanlarını dəyərləndirə və nəqliyyat-tranzitpotensialından daha geniş istifadə edə bilərlər.

Görüşdə aqrar sahədə əməkdaşlığın və hüquq-müqavilə bazasınıngücləndirilməsi, kənd təsərrüfatı üzrə birgə İşçi Qrupunyaradılması, ixrac potensialı yüksək olan məhsullarla bağlıinformasiya mübadiləsi, kənd təsərrüfatı və qida məhsullarınınticarət dövriyyəsinin artırılması, iş adamları arasında əlaqələringenişləndirilməsi, Latviyalı sahibkarların Azərbaycan BeynəlxalqKənd Təsərrüfatı Sərgisində iştirakı, müasir texnologiyalarıntransferi və aqrar sahədə elmi-tədqiqat və təhsil üzrə təcrübəproqramlarının həyata keçirilməsi məsələləri müzakirə olunub.

Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya isə ölkəsininAzərbaycanla dost ölkə olduğunu və bütün sahələr üzrə tərəfdaşlığıninkişafında maraqlı olduğunu vurğulayıb. O, kənd təsərrüfatısahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialınmövcudluğunu qeyd edib. Tərəflər aqrar əməkdaşlığındərinləşdirilməsində qarşılıqlı maraqlarını ifadə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər üzrə geniş fikirmübadiləsi aparılıb.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
0
az.trend.az

1Sources