EN

Rumıniyanın ABŞ-dakı səfiri prezidentliyə namizədi sərt tənqid etdi: “Bu, xalqın maraqlarına hörmətsizlikdir”- ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ-da Rumıniya səfiri Andrey Muraru, prezidentliyə namizəd Corce Simionun ölkənin Visa Waiver (vizasız giriş) proqramından çıxarılmasına görə ABŞ-a təşəkkür etməsini kəskin tənqid edib. Diplomatın sözlərinə görə, bu bəyanat Rumıniya vətəndaşlarının maraqlarına qarşı "açıq hörmətsizlik"dir.
"Corce Simionun Tramp administrasiyasının Rumıniyanın Visa Waiver proqramına daxil edilməsini ləğv etməsi ilə bağlı açıqlamalarını təəccüb və dərin təəssüf hissi ilə qarşıladım. Simionun bu qərardan razı qalması onun ölkəsinin milli maraqlarına və vətəndaşların hüquqlarına açıq-aşkar hörmətsizliyini göstərir," - deyə Muraru Rumıniyanın Digi24 telekanalına açıqlamasında bildirib.
Səfir Simionun sözlərini "məsuliyyətsiz, qalmaqallı və yalan" adlandırıb. O, Rumıniyanın vizasız rejimə qoşulmaq üçün bütün şərtləri yerinə yetirdiyini və buna "layiq olaraq" qəbul edildiyini vurğulayıb. Murarunun fikrincə, "öz xalqının hüquqlarının məhdudlaşdırılmasını alqışlayan şəxs prezident vəzifəsinə layiq deyil".
Xatırladaq ki, daha əvvəl Corce Simion ABŞ hökumətinə təşəkkür edərək bildirmişdi ki, Rumıniyanın vizasız rejimə buraxılmaması bu ölkənin "hazırda demokratik dövlət olmadığı"na dair ABŞ tərəfindən verilmiş bir mesajdır.
2024-cü ilin yanvarında Rumıniya hökuməti ölkənin Visa Waiver proqramına daxil olduğunu və mart ayından etibarən rumin vətəndaşlarının ABŞ-a 90 gün müddətində vizasız səfər edə biləcəyini açıqlamışdı. Lakin mart ayında məlum oldu ki, ABŞ rəhbərliyi bu qərarın tətbiqini təxirə sala bilər. Rəsmi səbəb kimi yeni administrasiyanın milli təhlükəsizlik məsələlərinə daha çox diqqət yetirməsi göstərilsə də, bəzi yerli media orqanları bunun keçən ilin sonunda Rumıniyada prezident seçkilərinin ləğv edilməsi ilə bağlı ola biləcəyini yazırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
0
olaylar.az

1Sources