EN

40-cı məğlubiyyət

“Turan Tovuz” Azərbaycan çempionatlarında 40-cı məğlubiyyətini alıb.

Publika.az xəbər verir ki, qərb təmsilçisi Azərbaycan Premyer Liqasının 34-cü turunda “Neftçi”yə 1:2 hesabı ilə uduzub.

Peşəkar Futbol Liqasının məlumatına görə, 40-cı yenilgi 106-cı matça təsadüf edib. Evdə 21-ci dəfə uduzan Tovuz klubu səfərdə 19 məğlubiyyət alıb.

Qeyd edək ki, “Turan Tovuz” Premyer Liqada ilk məğlubiyyətinə 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev oyununda üzülüb – 0:2.

Chosen
0
18
publika.az

10Sources