EN

İşinizin maliyyə axınına sürət qazandırın: Sahibkarlara xüsusi faktorinq təklifi

"Azər Türk Bank" ASC-nin faktorinq xidməti — dövriyyəsi güclü olan bizneslərə nağd vəsait axınını sürətləndirmək imkanı yaradır.

Finss.az xəbər verir ki, bank tərəfindən təqdim olunan faktorinq məhsulu hüquqi şəxslər və fərdi sahibkarlar üçün nəzərdə tutulmuş maliyyə alətidir. Bu xidmət vasitəsilə müştəri malların (iş və xidmətlərin) təxirə salınmış ödənişlə satışından yaranan pul vəsaitlərinə daha tez çıxış əldə edir.

Əsas şərtlər:

  • Xidmət dəyəri: Müqavilə məbləğinin 90%-dək hissəsi maliyyələşdirilir
  • Müddət: 24 ayadək
  • Valyuta: AZN
  • Faiz dərəcəsi: Fərdi qaydada müəyyən olunur
  • Girov: Kontragentlərə olan pul tələbləri

Maksimal məbləğ:

  • Təminatsız: Müştərinin "Azər Türk Bank"da olan illik hesab dövriyyəsinin 10%-i həcmində
  • Təminatlı: Qanunvericilik və Bankın daxili qaydaları çərçivəsində

Bu məhsul daha çox bankla uzunmüddətli əməkdaşlıq tarixinə və müsbət maliyyə nüfuzuna malik korporativ müştərilər üçün uyğundur.

Ətraflı məlumat üçün keçid: //atb.az/factoring/

Fuad Mədətov
Finss.az

Chosen
0
fins.az

1Sources