ABŞ dövlət katibi Marko Rubio mayın 14-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.
Missiya.Az “LeMonde” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Bildirilib ki, amerikalı diplomat NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak etmək üçün Antalyaya yollanacaq.
Qeyd edək ki, toplantıya NATO-nun Baş katibi Marko Rutte də qatılacaq.
Daşqın HəsənovMissiya.Az