EN

"Terror tamamilə sona çatarsa, yeni bir dövrün qapısı açılacaq" - Partiya rəsmisi

"PKK-nın özünü dağıtması və silahı yerə qoyması "Terrorsuz Türkiyə" hədəfi baxımından əhəmiyyətli bir addımdır. Terror tamamilə sona çatarsa, yeni bir dövrün qapısı açılacaq. 

Missiya.Az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik açıqlamasında deyib. 

Onun sözlərinə, görə, bu qərar praktiki olaraq və bütün ölçüləri ilə həyata keçirilməlidir. Proses dövlət qurumları tərəfindən ciddi şəkildə izləniləcək, Prezidentə təqdim ediləcək. 

Qeyd edək ki, PKK terror təşkilatı bu gün rəsmi şəkildə özünü buraxdığını elan edib.

Nurlana ƏhmədovaMissiya.Az

Chosen
0
missiya.az

1Sources