EN

Həftəsonu kartlardan bu qədər pul oğurlandı


Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Məlumata görə, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır.
Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 11000, 750, 430, 403, 200, 100, 72, 69, 7 manat və 51 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Chosen
0
49
yeniavaz.com

10Sources