Misli Premyer Liqası 34-cü turunun ən çox azarkeş qeydə alınan qarşılaşması bəlli olub.
İdmanxeber.az-ın məlumatına görə, “Turan Tovuz” – “Neftçi” görüşü digər matçları qabaqlayıb. Qarşılaşmanı tribunalardan 4500 azarkeş izləyib.
Turun ən az fanat göstəricisi isə “Kəpəz” – “Sumqayıt” oyununda müşahidə edilib – 400 tamaşaçı.
Digər oyunlarda qeydə alınan azarkeş sayı belədir
Sabah – Şamaxı – 701
Səbail – Zirə – 700
Qarabağ – Araz Naxçıvan – 1200