Aparılmış yenilikçi bir araşdırmaya görə, uşaqlar cəmi beş dəqiqəlik zərərli qida reklamına baxdıqdan sonra gün ərzində xeyli kalori qəbul edirlər.
Ölkə.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Araşdırma göstərib ki, doymuş yağlar, şəkər və duzla zəngin olan məhsulların reklamını izləyən və ya eşidən uşaqlar orta hesabla 130 əlavə kalori qəbul ediblər. Bu da təxminən iki dilim çörəyə bərabərdir.
TÉ™dqiqat Mersisayd bölgÉ™sinin mÉ™ktÉ™blÉ™rindÉ™n olan 7–15 yaÅŸ arası 240 uÅŸaq arasında aparılıb.
İştirakçılara iki ayrı halda beş dəqiqəlik zərərli qida reklamı, sonra isə qeyri-ərzaq məhsullarının reklamı göstərilib. Daha sonra onlara üzüm və ya şokolad batonları kimi qəlyanaltılar, ardınca isə duzlu, şirin və sağlam yeməklərdən ibarət nahar təqdim olunub. Araşdırma müəllifləri müəyyən ediblər ki, zərərli qida reklamından sonra uşaqlar qəlyanaltı olaraq orta hesabla 58 kalori, naharda isə 73 kalori daha çox qəbul ediblər, nəinki qeyri-ərzaq məhsullarının reklamına baxdıqdan sonra.
Həmidə İbrahimova